Nazarbayev istefasının səbəblərini açıqladı

  06 İyun 2019    Oxunub : 1184
 Nazarbayev istefasının səbəblərini açıqladı
Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev rəhbərlikdən getməsinin səbəblərini açıqlayıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Nazarbayev Senatın plenar iclasında bu barədə fikirlərini bölüşüb.
O, dövlətin sabitliyi, gələcək və son 30 ildə həyata keçirdiyi siyasətin davamlılığı naminə istefa verdiyini diqqətə çatdırıb.

Nazarbayev, həmçinin bu addımının hakimiyyətin ötürülməsi məsələsini necə həll etməyin nümunəsi olduğunu deyib.

Qeyd edək ki, 30 il Qazaxıstanın Prezidenti olmuş Nursultan Nazarbayev bu ilin 20 mart tarixində istefaya gedib.

Azvision.az

Teqlər: Nazabayev   Qazaxıstan