Atəşkəs 30 dəfə pozulub

Atəşkəs 30 dəfə pozulub
  07 İyun 2019    Oxunub:2086
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Sarıcalı, Acarlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azvision.az



Teqlər: Cəbhə   Atəşkəs   Təxribat  





Xəbər lenti