Bu barədə
Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Qurum rəsmisi bildirib ki, dünən 15 min 620 sərnişin daşınıb. Onlardan 11 min 920 nəfər bayramın son günü olduğu üçün bölgələrdən Bakıya, 3 min 700 nəfər isə paytaxtdan bölgələrə daşınıb.
N.Allahyarova qeyd edib ki, gün ərzində 718 nəfər isə beynəlxalq istiqamətdə daşınıb.
Aytən Zəhra
Azvision.az