Köməksiz qalan 6 nəfər xilas edildi

Köməksiz qalan 6 nəfər xilas edildi
  07 İyun 2019    Oxunub:1229
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər, Bakı şəhərinin Nərimanov və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Sumqayıt şəhərində isə ikisi azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

AzVision.az



Teqlər: FHN   Lift  





Xəbər lenti