“Fermer təhlükəsizliyi özü təmin etməlidir” - Nazirlik rəsmisi

   “Fermer təhlükəsizliyi özü təmin etməlidir” -    Nazirlik rəsmisi
  07 İyun 2019    Oxunub:1740
"Sahələrdə baş verən yanğınların hamısı insan faktorundan qaynaqlanır"
Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, insanların yol kənarında siqareti söndürmədən atması nəticəsində böyük sahələr yanır. Onun sözlərinə görə, yanğınlarla bağlı Dövlət Aqrar İnkişaf Mərkəzinə məlumat verilib və maarifləndirmə işi aparılır:

“DAİM-lərdə fermerlərə bildirilir ki, xüsusilə yol kənarında sahəsi olanlar yolun kənarına yaxın hissəni şumlasınlar. Fermer təhlükəsizliyi özü təmin etməlidir. Biçindən sonra sahələrin yandırılmaması vacibdir. Keçən il bununla bağlı iş aparıldı. Bu il də maarifləndirmə işlərinə başlanılıb. Bir daha bildiririk ki, Kövşən yandırılmamalıdır. Bu, torpağın münbitiyini aşağı salır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Nazirlik   Yanğın   Vüqar-Hüseynov  





Xəbər lenti