Özəl təhsil müəssisələri ilə bağlı rüsumlar azaldılır
Xatırladaq ki, dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır. Birinci oxunuşda təklif olunurdu ki, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir.
Qeyd edək ki, müzakirələr zamanı dəyişiklik etiraz doğurmuşdu. Deputatlar rüsumların azaldılmasını təklif etmişdi.
Anar Kəlbiyev
Azvision.az