Kommersiya məhkəməsi sədri nə qədər maaş alacaq?

Kommersiya məhkəməsi sədri nə qədər maaş alacaq?
  07 İyun 2019    Oxunub:4115
Azərbaycanda yeni fəaliyyətə başlayacaq kommersiya məhkəmələrinin sədrlərinin maaşları məlum olub.

Azvision.az -ın məlumatına görə, bu barədə “Məhkəmələr və hakimlər haqqında” qanuna əlavə edilən yeni fəsildə qeyd olunub.
Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.

Qeyd edək ki, ölkəmizdə kommersiya məhkəmələri yaradılır. Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kommersiya   Məhkəmə  





Xəbər lenti