“Putin Paşinyanla Qarabağı müzakirə etməyib” - Peskov

  07 İyun 2019    Oxunub : 1339
“Putin Paşinyanla Qarabağı müzakirə etməyib” - Peskov
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 6-da keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyiblər.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qarabağ münaqişəsi ilə bağlı danışıqlar şərt qoyulmamışdı. Dünən ikitərəfli münasibətlər, ticarət və iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı söhbətlər olub", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, ötən gün Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Peskov   Putin   Paşinyan