Putin Zelenski ilə hələlik görüşmək istəmir

  07 İyun 2019    Oxunub : 841
 Putin Zelenski ilə hələlik görüşmək istəmir
Yaxın zamanlarda Rusiya və Ukrayna prezidentlərinin görüşü nəzərdə tutulmayıb.
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüşün keçirilməsi planda yoxdur.

“Hələlik planda belə bir görüş yoxdur”,- deyən Peskov əlavə edib ki, Kiyevin Minsk razılaşmalarını icra etməsi, ikitərəfli əlaqələrin normallaşdırılmasına dair atacağı addımlarla bağlı Kreml öz rəyini formalaşdırandan sonra münasibətlər barədə konkret fikir bildirmək mümkün olacaq.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Putin   Zelenski