Bu yollarda rənglənmə işləri aparılır

Bu yollarda rənglənmə işləri aparılır
  07 İyun 2019    Oxunub:1331
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Novxanı-Pirşağı avtomobil yolunda və Xaçmaz-Xudat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: ADY   Yol  





Xəbər lenti