Tovuzda doğuş faciəsi - Səbəblər açıqlandı

  Tovuzda doğuş faciəsi -    Səbəblər açıqlandı
  07 İyun 2019    Oxunub:3145
Tovuz rayonunda ana ölümü hadisəsi baş verib. Rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Tağıyeva Aytac Fəzail qızı doğuşdan bir müddət sonra həyatını itirib.

Xəstəxananın baş həkimi Paşa Muradov Azvision.az -a açıqlamasında bildirib ki, qadın normal doğuş edə bilmədiyi üçün keysəriyyə əməliyyatına salınıb.
“Uşaq olduqdan bir müddət sonra qadının halı pisləşdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Ölümün səbəbləri araşdırılır”.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədovanın Azvision.az -a verdiyi məlumata görə, keysəriyyə əməliyyatından sonra qadında qanaxma baş verib.

“Qarın boşluğuna girib, qanaxmanı dayandırıblar. Lakin xəstənin vəziyyəti ağır olduğu üçün ölüb”.

Aytən Zəhra
Azvision.az




Teqlər: Tovuz   Ana   Doğuş   Ölüm  





Xəbər lenti