Bakıda intihara cəhd edən şəxs xilas edildi

Bakıda intihara cəhd edən şəxs xilas edildi
  07 İyun 2019    Oxunub:1524
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti