Göyçayda 167 kq ölü heyvan əti aşkarlanıb - FOTOLAR
Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.
Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırma davam etdirilir.
Azvision.az
Teqlər: AQTA