Gürcüstan qazın 95 faizini Azərbaycandan alacaq

  Gürcüstan qazın 95 faizini Azərbaycandan alacaq
  08 İyun 2019    Oxunub:2361
Gürcüstanda bu il 2,5 milyard kubmetr təbii qazın istehlak ediləcəyi gözlənilir. Bunun da 95 faizi Azərbaycan qazının payına düşəcək.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

Nazirin sözlərinə görə, Azərbaycan təbii qaz tədarükündə Gürcüstanın strateji tərəfdaşı olaraq qalır: “Bu gün Gürcüstan Azərbaycandan 2 mənbədən təbii qaz əldə edir. Gürcüstan SOCAR-dan aldığı qazla əhalini və istilik elektrik stansiyalarını tam təmin edə bilir. Bundan başqa, Gürcüstan Azərbaycan qazının dünya bazarına daşınması ilə əlaqədar tranzit haqqı alır. Bu da ölkənin enerji təhlükəsizliyində istifadə olunur”.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti