Türkiyə “S-400”dən imtina etməlidir - ABŞ vaxt verdi

   Türkiyə “S-400”dən imtina etməlidir -    ABŞ vaxt verdi
  08 İyun 2019    Oxunub:2746
“Ankara Rusiyanın “S-400” zenit-raket kompleksini almaqdan imtina etməlidir, əks təqdirdə ABŞ Türkiyə ilə “F-35” qırıcıları ilə bağlı proqramı üzrə əməkdaşlığı dayandıracaq”

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şanaxan Türkiyənin Müdafiə Nazirliyinə göndərdiyi məktubda deyib.
O, bildirib ki, sazişlər bir-birini inkar edir. Bu səbəbdən Vaşinqton Türkiyəyə 31 iyula qədər vaxt verib.

Qeyd olunub ki, Türkiyə müqavilələr arasında seçim etməldir. Əgər Ankara Vaşinqtonun şərtləri ilə razılaşmasa, o zaman Amerika hərbi-sənaye korporasiyası olan Lockheed Martin proqramından çıxarılacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   ABŞ   Raket  





Xəbər lenti