Təcili eniş edən təyyarə Naxçıvana yola düşdü - Yenilənib

Təcili eniş edən təyyarə Naxçıvana yola düşdü -  Yenilənib
  08 İyun 2019    Oxunub:9082
Naxçıvanda hava şəraiti yaxşılaşdığı üçün AZAL-ın J2-253 Bakı (GYD)-Naxçıvan (NAJ) reysi üzrə təyyarəsi saat 17:00-da Lənkəran hava limanından Naxçıvan istiqamətində yola düşüb.
Bu barədə Azvision.az-a “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən məlumat verilib.

Qeyd edək ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar AZAL-ın J2-253 Bakı-Naxçıvan reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına enmək qərarına gəlmişdi. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enmişdi.

***
(16:32)

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib.

Azvision.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.

"Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq. Ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək", - məlumatda qeyd edilib.

Azvision.az



Teqlər: AZAL   Naxçıvan   Təyyarə  





Xəbər lenti