Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VİDEO

   Azərbaycan-Türkiyə birgə təlimləri davam edir -    VİDEO
  09 İyun 2019    Oxunub:2507
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunması praktiki həyata keçirilir.

Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.



Azvision.az



Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti