“Azərbaycan millisi oyuna yaxşı köklənmişdi” - Marko Rossi

“Azərbaycan millisi oyuna yaxşı köklənmişdi” -    Marko Rossi
  09 İyun 2019    Oxunub:2988
“Birinci hissədə düşündüklərimizi bəzən gerçəkləşdirə bildik, bəzi məqamlarda isə bunu bacarmadıq. Ancaq ikinci hissədə daha yaxşı oynadıq və bu nəticədə də əksini tapdı”
Azvision.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

"Texniki zonadan kənarlaşdırıldığım epizoda gəldikdə, hakimlər də bizi anlamalıdırlar. Bilməlidirlər ki, oyun ərzində məşqçilər təzyiq altında olur. 90 dəqiqə ərzində cəmi 2 dəfə texniki zonadan kənara çıxmışdım ki, bu da istəmədən baş vermişdi. Referi niyə belə qərar qəbul etdi, anlamadım. Azərbaycan millisinə gəldikdə, rəqib komandanın üzvləri oyuna yaxşı köklənmişdilər. Hətta onlar birinci hissədə təkbətək mübarizələrdə bizi üstələyir, qalib ayrılırdılar. Ümumi götürdükdə, bu oyunda məqsədimiz 3 xal qazanmaq idi və buna da nail olduq”, - deyə Rossi vurğulayıb.

Azvision.az



Teqlər: MarkoRossi  





Xəbər lenti