Hərbi qulluqçumuz şəhid oldu

 Hərbi qulluqçumuz şəhid oldu
  09 İyun 2019    Oxunub:5447
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Azvision.az


Teqlər: Şəhid   Ordu  





Xəbər lenti