"Törədilən qanlı əməl bölgədə gərginliyi artırmağa xidmət edir" - XİN

   "Törədilən qanlı əməl bölgədə gərginliyi artırmağa xidmət edir" -    XİN
  10 İyun 2019    Oxunub:1806
Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.
Azvision.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir.

Azvision.az


Teqlər: XİN   Qarabağ  





Xəbər lenti