Qatır Məmməd, qurd Cəbrayıl və pişik Günel.. - Məşhurlar facebook-da

Qatır Məmməd, qurd Cəbrayıl və pişik Günel..  - Məşhurlar facebook-da
  26 Noyabr 2013    Oxunub:1818
AzVision.az “Məşhurların facebook gündəliyi” rubrikasında tanınmışların Facebook sosial şəbəkəsində paylaşdıqları maraqlı statusları təqdim edir:

“Ədalət” qəzetinin baş redaktoru, yazıçı və publisist İradə Tuncay :

“70-ci illərin ortalarında türk kino senayesində bir çöküş başladı.... Aktyorlar işsiz qaldılar. Və bu vaxt porno kino detalları gündəmə gələrək öz işlərini qurmağa başladılar. 60-cı illərin bir çox məşhur kino ulduzları zamana aldanıb belə filmlərə çəkilməyə razılıq verdilər. Təbii dövr dəyişdi, porno film seli də keçdi...Həmin filmə çəkilənlər də it kimi peşman oldular..Türkan Şoray ona görə həmişə SULTANDI DA..Öz dəyərini bilir...Bizim tv-lərdə də bir gün bu bitəcək...Gedər bahalıq, gələr ucuzluq”.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova:

“Çox təəssüf etdim ki, bu gün TV-lər qadına qarşı zorakılıqla bağlı mövzunu çox primitiv, daha çox ittiham qismində gündəmdə qoydu təəssüf. Bu bir daha göstərdi ki, Azərbaycanda qadına qarşı zorakılıq əleyhinə kampaniya hələ 100 il davam etməlidir”.

Millət vəkili Aydın Mirzəzadə: “Bacararsınızmı ?

Hər məsələyə düşüncə ilə yanaşmaq.
Susmağınızın danışmağınızdan uzun çəkməsi.
Lazımsız yerə danışmamaq.
Danışarkən nə həddindən artıq, nə də əksik söz işlətməmək.
Əsəbi olmamaq.
Hirs nə olduğunu unutmaq.
Pis söz söyləməmək.
Bağışlamağa meylli olmaq.
Düşmənləri sadəcə bağışlamqla kifayətlənməmək, onların güclü tərəflərini də söyləmək.
Özünü 3 şeydən məhrum etmək:
1. Kimsə ilə münaqişə etməmək.
2. Çox danışmamaq.
3. Boş şeylərlə məşqul olmamaq.
Ümüd edəni ümüdsüzlüyə salmamaq.
Heç kimi nə üzünə qarşı, nə də arxasınca qınamamaq.
Heç kimin qüsurunu araşdırmamaq”.

Şair Aqşin Yenisey: “Qoç Koroğlu, Qatır Məmməd, qurd Cəbrayıl və pişik Günel.. tarixi qəhrəmanlarımızın xronoloji ardıcıllığı”.

“APA” Holdinqin prezidenti Vüsalə Mahirqızı: “Deyən bu mediada bəzi adamlar var, diqqət çəkmək üçün deyir Vüsalə təki üzümə tüpürsün, amma az-çox mənimlə uğraşsın... Tüpürcəyə də heyifdi, rədd olun!”

Jurnalist Aynur Elgünəş: “Həyat çox qəribədir, illərlə arzusunda olursan, həqiqətinə kimsəni inandıra bilmirsən...Hər şeyi zamana buraxırsan və bir gün gözlədiyin olur, ancaq o daha sənə gərək olmur. Sadəcə “ədalət budur” deyirsən özünə”.



Teqlər:  





Xəbər lenti