10 gün ərzində arpa biçini yekunlaşacaq

 10 gün ərzində arpa biçini yekunlaşacaq
  10 İyun 2019    Oxunub:2092
Artıq bir sıra Aran rayonlarında - Sabirabad, Kürdəmir, Neftçala, Bərdə və Biləsuvar rayonlarında arpa biçini yekunlaşmaq üzrədir.

Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, Sabirabad rayonunda 9600 hektar sahədə arpa əkilib və 10 gün ərzində 8153 hektar sahə biçilib, kiçik ərazi qalıb.

“Yaxın 1-2 gün ərzidə Sabirabad rayonunda arpa biçini tam olaraq yekunlaşacaq. Kürdəmir rayonunda arpa sahələrinin 90 faizdən çoxu, Neftçala rayonunda böyük qismi biçilib. O cümlədən Bərdə və Biləsuvar rayonlarında da arpa biçini yekunlaşmaq üzrədir. Digər rayonlarda biçin qrafik üzrə gedir”.



Ölkə üzrə 1 milyon hektar sahədə taxıl əkildiyini deyən V.Hüseynov qeyd edib ki, bunun 3-də 1 hissəsi, yəni 331 000 hektarı arpa sahələridir.

“Yaxın 10 gün ərzində respublika üzrə arpa biçini yekunlaşacaq. Bundan sonra buğda biçininə keçiləcək. Ümidvarıq ki, buğda biçinini də itkisiz başa çatdıracayıq".

Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Arpa   Biçin  





Xəbər lenti