Ruslan Abışov "Neftçi"dən getdi

 Ruslan Abışov "Neftçi"dən getdi
  10 İyun 2019    Oxunub:6232
"Neftçi” kapitanı Ruslan Abışovla yollarını ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2003-2012-ci illərdə "Neftçi"nin formasını geyinən Ruslan daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən "ağ-qaralar"a qayıdıb. Onun "Neftçi" il 1 illik müqaviləsi var idi.

Azvision.az


Teqlər: Futbol   Neftçi   Ruslan-Abışov  





Xəbər lenti