"İranın maraqlarını təmin edəcək təsirli addımlar görmədik" - Musəvi

  10 İyun 2019    Oxunub : 597
"İranın maraqlarını təmin edəcək təsirli addımlar görmədik" - Musəvi
"Avropa ABŞ prezidenti Donald Trampın sazişdən çıxması ilə bağlı qərarından sonra İranın nüvə proqramı üzrə razılaşmanı xilas etmək gücündə olmadığını göstərdi".
Azvision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Seyid Abbas Musəvi deyib.

"Bu günə qədər, Avropalılardan İranın maraqlarını təmin edəcək praktiki və təsirli addımlar görmədik",-deyə Musəvi bildirib.

Onun sözlərinə görə, Tehran digər ölkələrlə nüvə razılaşmasından başqa hər hansı bir məsələni müzakirə etməyi planlaşdırmır.

Departament rəhbəri əlavə edib ki ,Avropa İttifaqı İran tərəfinin sazişə aid olmayan qərarlarını şübhə altına qoymaq vəziyyətində deyil.

Qeyd edək ki, İranABŞ arasında münasibətlər bir il bundan əvvəl gərginləşməyə başlayıb. ABŞ prezidenti Donald Tramp 2018-ci ilin may ayında bildirib ki, Vaşinqton 2015-ci ilin nüvə sazişindən imtina edir və İrana qarşı sanskiyalar bərpa olunur.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran   Xin