Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  10 İyun 2019    Oxunub:1162
Nərimanov rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 8-də saat 23 radələrində Nərimanov rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini F.Quliyev idarə etdiyi “Slavita” markalı avtomobillə yolu keçən paytaxt sakini Elbrus Gözəlovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   DİN  





Xəbər lenti