Türkiyə İslandiyaya nota verib

   Türkiyə İslandiyaya nota verib
  10 İyun 2019    Oxunub:1981
Türkiyə İslandiyaya etiraz notası göndərib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbol üzrə Türkiyə milli komandası üzvlərinin Reykyavikdə hava limanında qarşılaşdığı kobud rəftar olub.

Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə “Twitter” səhifəsində bildirib ki, milli komandanın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir.

Qeyd edək ki, ötən gün Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib. Türkiyə yığması iyunun 11-də “H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq.

Azvision.az




Teqlər: Türkiyə   İslandiya  





Xəbər lenti