DİN-dən Natiq Hüseynovun saxlanılması ilə bağlı açıqlama

DİN-dən Natiq Hüseynovun saxlanılması ilə bağlı açıqlama
  10 İyun 2019    Oxunub:2278
“Feysbuk” sosial şəbəkəsi istifadəçilərindən biri öz səhifəsində heç bir rəsmi qurumla dəqiqləşdirmədən məlumat paylaşıb ki, guya Natiq Hüseynov adlı Şirvan şəhər sakini heç bir səbəb olmadan polislər tərəfindən saxlanılaraq Şəhər Polis Şöbəsinə aparılıb.
Bu barədə məlumat Azvision.az -a DİN-in Mətbuat Xidmətindən verilib. Məlumatda deyilir: "Bununla əlaqədar bildiririk ki, mayın 26-da Şirvan ŞPŞ-nin əməkdaşları xidməti ərazidə olarkən bir neçə nəfərin mübahisə etdiklərini görüb, məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşıblar. Onlar ictimai qaydalara riayət etməyə dəvət edilərkən, orada olan şəhər sakini Natiq Hüseynov polis əməkdaşının xidməti vəzifə borcunu yerinə yetirməsinə mane olaraq məsələni artıq özünün həll etdiyini və polisə ehtiyac qalmadığını bildirərək qeyri-etik ifadələr işlədib.

Polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o nalayiq ifadələr işlətməkdə davam edib. Yalnız bundan sonra N.Hüseynov Şirvan Şəhər Polis Şöbəsinə gətirilib və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb".

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti