Ermənistanda 3 gündə 58 qəza olub: 93 yaralı

Ermənistanda 3 gündə 58 qəza olub:    93 yaralı
  10 İyun 2019    Oxunub:1782
İyunun 7-dən 10-na qədər Ermənistan polisinin müxtəlif bölmələri tərəfindən 126 cinayət hadisəsi işinin, o cümlədən keçmişdən qalmış 6 cinayət hadisənin üstü açılıb.
Azvision.az xəbər verir ki, Ermənistan polisinin məlumatına görə, müxtəlif bədən xəsarətləri yetirmə ittihamı ilə 27, şəxsi əmlakın oğurlanması ittihamı ilə 20, döyülmə ittihamı ilə 9, fırıldaqçılıq ittihamı 8, xuliqanlıq ittihamı ilə 7, mənzildən oğurluq ittihamı ilə 6, narkotik maddənin aşkar edilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 5, mənimsəmə, israfçılıq və səsvermə gizliliyinin puzulması ittihamı ilə 4, ölüm təhdidi, bir neçə dəfə və ya başqa bir şəxsin adından səsvermə ittihamı ilə 3, əmlakın qəsdən məhv edilməsi, rəsmi fırıldaqçılıq və ya laqeydlik, hökumət nümayəndəsinə qarşı zorakılıq və vəzifəli şəxs olmayan ictimai xidmətçi tərəfindən qanunsuz ödəniş alınması ittihamı ilə 2, zorakılıq və ya zorakılıq cəhdi, şəxsin oğurlanması, vergidən yayınma, saxta pul, silah-sursatın ələ keçirilməsi, rüşvət, seçki hüququnun pozulması, özünü idarə etmək, hərbi sursat, partlayıcı maddələrin və ya partlayıcı cihazların əldə edilməsi, satışı, saxlanılması, daşınması, sənəd və lisenziya olmadan xarici valyutanın alqı-satqısı ittihamı ilə isə 1 cinayət hadisəsi qeydə alınıb.

5 itkin düşmüş, 8 axtarışda olan şəxs tapılıb ki, onlarda 3-ü könüllü təslim olub. Könüllü olaraq 5 silah-sursat vasitələrinin təqdim edilməsi hadisəsi qeydə alınıb.

Keçmişdən qalmış cinayət hadislərindən 4-ü şəxsi əmlakın oğurlanması, 1-i ölümcül bədən xəsarəti yetirmə və 1-i isə bədən xəsarəti yetirmə hadisəsi aşkar edilib. Son 3 gün ərzində respublikada 58 avtoqəza hadisə qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 93 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Alpər Mövludoğlu
Azvision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti