İlham Əliyev və Tokayev arasında telefon danışığı olub

  10 İyun 2019    Oxunub : 1296
 İlham Əliyev və Tokayev arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Qazaxıstanın Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə telefonla zəng edib.
Azvision.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Dövlət başçısı Qasım-Jomart Tokayevə Prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azvision.az

Teqlər: İlham-Əliyev   Qazaxıstan