Vaşinqtonda Azərbaycan Milli Günü bəyan edilib

  Vaşinqtonda Azərbaycan Milli Günü bəyan edilib
  11 İyun 2019    Oxunub:3605
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalanıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

Azərbaycan Respublikasının ABŞ-dakı hazırkı səfiri Elin Süleymanov və digər əvvəlki iki səfir fəallıq nümayiş etdirmiş və Vaşinqtonda böyük maraq göstərirlər.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.



Azvision.az






Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti