Üç ölkənin müdafiə naziri Qəbələdə görüşəcək

  11 İyun 2019    Oxunub : 1006
 Üç ölkənin müdafiə naziri Qəbələdə görüşəcək
İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Azvision.az

Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan