Prezident ATƏT PA rəhbəri ilə Qarabağı müzakirə edib - Yenilənib

 Prezident ATƏT PA rəhbəri ilə Qarabağı müzakirə edib -  Yenilənib
  11 İyun 2019    Oxunub:4736
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulandı, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirildi.

Söhbət zamanı Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azvision.az


Teqlər: ATƏT   Prezident   İlham-Əliyev  





Xəbər lenti