Bakıda 1 yaşlı qız evdə yanaraq ölüb

 Bakıda 1 yaşlı qız evdə yanaraq ölüb
  11 İyun 2019    Oxunub:2710
Bakıda ölümlə nəticələnən yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti