Erməni nazirlər büdcəni talayıb - Milyardlıq cinayət

  Erməni nazirlər büdcəni talayıb -    Milyardlıq cinayət
  11 İyun 2019    Oxunub:1878
Ermənistanın keçmiş maliyyə və kənd təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı ittiham irəli sürülüb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sabiq nazirlər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ermənistan dövlətinə bir milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurublar. Artıq zərərin böyük hissəsi ödənilib.
Qeyd edək ki, eks-nazirlərin adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılmasına dair cinayət işində hallanır.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti