“102-ci baza Naxçıvandakı təlimləri izləyir” - Rusiyanın hərbi attaşesi

  11 İyun 2019    Oxunub : 3811
 “102-ci baza Naxçıvandakı təlimləri izləyir” - Rusiyanın hərbi attaşesi
“Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri heç bir təhlükə doğurmur”

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi Andrey Qrişuk bildirib.
“Bu, bəyan edilmiş məqsəd və tapşırıqlara uyğun planlaşdırılmış təlimlərdir. Biz təlimləri müşahidə edirik və 102-ci baza izləyir”,- deyə hərbi attaşe vurğulayıb.

Qeyd edək ki, iyunun 7-də Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Təlimlər iyunun 11-də başa çatacaq.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Naxçıvan   Təkim