Tokayevin andiçməsində xarici qonaqlar iştirak etməyəcək

  Tokayevin andiçməsində xarici qonaqlar iştirak etməyəcək
  11 İyun 2019    Oxunub:1785
Qazaxıstan Respublikasının yeni seçilmiş prezidenti Qasım-Jomart Tokayevin andiçmə mərasimində xarici qonaqlar iştirak etməyəcəklər.

Azvision.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Berik Kurmanqali məlumat yayıb. Bildirilib ki, mərasimə yalnız diplomatik korpusların nümayəndələri dəvət olunub.
Qeyd edək ki, Qasım-Jomart Tokayevin inauqurasiya mərasimi iyunun 12-də keçiriləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   Tokayev  





Xəbər lenti