Gürcüstanın Müdafiə naziri Azərbaycana gəlib

Gürcüstanın Müdafiə naziri Azərbaycana gəlib
  11 İyun 2019    Oxunub:2134
Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün iyunun 11-də Qəbələ şəhərinə gəlib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, müdafiə nazirlərinin görüşü iyunun 12-də Qəbələ şəhərində keçiriləcək. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.



Azvision.az


Teqlər: Gürcüstan   MN  





Xəbər lenti