Millimiz 3-cü oyuna çıxdı, yenə uduzdu - Yenilənib

 Millimiz 3-cü oyuna çıxdı, yenə uduzdu -  Yenilənib
  12 İyun 2019    Oxunub:3795
Futbol üzrə Azərbaycan millisi "Avro-2020"nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.
Azvision.az xəbər verir ki, yığma komandamız Bakıda Slovakiya millisi ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edib.

Görüşün ilk hissəsi qonaqların üstünlüyü ilə keçib. Belə ki, rəqib komanda 45 dəqiqə ərzində qapımıza 3 qol vurub. Ramil Şeydayev bu qollardan yalnız birinin əvəzini çıxa bilib.

Matçın ikinci hissəsi də millimiz üçün uğursuz alınıb. Oyunda aşkar üstünlüyə malik olan slovaklar əlavə iki qolla böyük üstünlük qazanıb. Beləliklə, milli komandamız öz meydanında Slovakiyaya 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana məğlub olub.

Azvision.az



Teqlər: Avro-2020   Milli   Slovakiya  





Xəbər lenti