Bu gün Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

   Bu gün Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
  12 İyun 2019    Oxunub:2361
Bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, artıq müdafiə nazirləri Qəbələdədir.

Azvision.az



Teqlər: Qəbələ   Görüş   Müdafiə-Nazirliyi  





Xəbər lenti