Bakıda qəzaya düşən maşın yandı: Ölən və yaralı var

 Bakıda qəzaya düşən maşın yandı:    Ölən və yaralı var
  12 İyun 2019    Oxunub:3548
Bu gün gecə saatlarında Bibiheybət yolunda yüksək sürətlə hərəkət edən avtomobil iri reklam lövhəsinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili yanaraq külə dönüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, hadisə barədə təcili yardıma saat 03:37-də məlumat daxil olub.

"Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir".

Sükan arxasında olan şəxsin öldüyü bildirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Qəza   Ölüm   Yaralı   Maşın  





Xəbər lenti