Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 ayda gördüyü işlər - FOTOLAR

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 ayda gördüyü işlər -  FOTOLAR
  12 İyun 2019    Oxunub:12252
"2019-cu ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan daxil olmuş 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2472 məktub və sorğu tərəfimizdən araşdırılaraq cavablandırılıb".
Azvision.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov bu gün keçirilən tədbirdə deyib. O, bildirib ki, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.



"Müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işə götürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Törədilmiş inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Dövr ərzində istehsalatla əlaqəli sayılmış 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, 3-ü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub".



​ İ.Məmmərov qeyd edib ki, istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması,​ bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir.

​"Xidmətin əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq ​ 2019-cu il 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 25 sayda maarifləndirmə tədbiri keçirilib və bu ilin sonunadək 35 belə tədbirin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr olunub".

















Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti