Bərdədə həkimlərin döyülməsinə dair görüntülər - FOTOLAR

  12 İyun 2019    Oxunub : 1009
 Bərdədə həkimlərin döyülməsinə dair görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Bərdə rayonunun Qaradəmirçi kəndində təcili tibbi yardım stansiyasının həkimləri döyülüb. Hadisə saat 08:45-də baş verib. Həkimlər Rəfiqə Abdullayeva, Təranə Qasımova və sürücü Zaur İbrahimov çağırış yerində xəstənin oğlu tərəfindən zorakılığa məruz qalıblar.
Azvision.az xəbər verir ki, kənd sakini dəmir parçası ilə təcili yardım maşınının şüşələrini qırıb, daha sonra tibb işçilərinə xəsarət yetirib. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.













Şahanə Rəhimli
Azvision.az

Teqlər: Həkim   Döyülmə   Bərdə