"Bu il 66 mindən çox yeni əmək müqaviləsi imzalanıb" - Nazir

  13 İyun 2019    Oxunub : 388
"Bu il 66 mindən çox yeni əmək müqaviləsi imzalanıb" - Nazir
"İyunun 1-ə olan məlumata görə "kölgə"dən çıxan əmək müqavilələrinin sayı 66 mindən çoxdur".
Azvision.az xəbər verir ki, bunu Vergilər Naziri Mikayıl Cabbarov Bakıda keçirilən V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, ilin ilk 5 ayı ərzində bağlanan 66 mindən çox yeni əmək müqaviləsi özəl qeyri-neft sektorunu əhatə edir: "Bu yüksək göstəricidir. Amma il davam edir. Ona görə ilin sonuna kimi bu rəqəmin daha da artmasının şahidi olacağıq".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Vergi