“Əcnəbi qeydiyyata düşməsə, cərimə tətbiq olunur” - Komitə sədri

   “Əcnəbi qeydiyyata düşməsə, cərimə tətbiq olunur” -    Komitə sədri
  13 İyun 2019    Oxunub:1990
“Azərbaycana xoş gəlmisiniz” müraciəti əcnəbilərə ünvanlanıb.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, ölkəmizə gələn əcnəbilərə məlumat verilir ki, 15 gün müddətində “ASAN xidmət” və ya Dövlət Miqrasiya Xidməti vasitəsilə qeydiyyata alınmaq lazımdır.

“Bu, qonaqpərvər bir müraciətdir. Bunun məqsədi ancaq əcnəbilərin xeyrinədir. Əcnəbi gəldi, bilmədi, sonra qeydiyyata düşmədisə, cərimə tətbiq olunur. Bu situasiya daha pisdir ki, nəinki təyyardə bununla bağlı elan vermək”.

Anar Kəlbiyev
Azvision.az





Teqlər: Əli-Hüseynli  





Xəbər lenti