Qobustandakı yanğın söndürülüb - Yenilənib

 Qobustandakı yanğın söndürülüb -  Yenilənib
  13 İyun 2019    Oxunub:4122
Qaradağ rayonunun Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində boş dağlıq ərazidə 25 hektar sahədə quru ot və kol-kos yanıb.

***14:05
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Azvision.az a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti