Gəncədə polislər qanvermə aksiyasında - FOTOLAR

  13 İyun 2019    Oxunub : 646
Gəncədə polislər qanvermə aksiyasında - FOTOLAR
B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların şəxsi heyəti fəal iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini dəstəkləməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğu bildirilib.



Polis əməkdaşları tibbi müayinədən sonra qan veriblər. Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.




Azvision.az

Teqlər: Polis