Komitə sədri “Qaloş piri”ndən danışdı: "Ev sahiblərinə xəbərdarlıq olunub"

  13 İyun 2019    Oxunub : 460
 Komitə sədri “Qaloş piri”ndən danışdı: "Ev sahiblərinə xəbərdarlıq olunub"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Goranboyda “Qaloş piri” ilə yayılan görüntülərə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, M.Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, Goranboyda “Qaloş piri” ilə bağlı yayılan görüntülər təəssüf hissi doğurur : " Həmin evdə daimi olaraq bu cür tədbirlərin keçirilməsi ilə bağlı Dövlət Komitəsində məlumat olmayıb. Dövlət Komitəsinin yerli şöbəsi həmin yerdə araşdırma aparıb və ev sahiblərinə xəbərdarlıq olunub. Onun diqqətinə çatdırılıb ki, bu cür hərəkətlər qanunazidd və xurafatdır. Əminəm ki, onlar da müəyyən nəticə çıxarıblar və bu hal təkrar olunmayacaq".

M.Qurbanlı deyib ki, zaman-zaman bu cür hadisələr, xurafat elementlərinə başqa ölkələrdə də rast gəlinir: "Çünki bilirik ki, insanın sağlam olması öz əlindədir və səhhətində problem varsa, həkimə getməlidir. Təbii ki, bunlar olmamalıdır. Bunun da qarşısını almaq üçün maarifləndirici iş görməli, zamanında insanlara xəbərdarlıq edilməlidir ki, bu cür hərəkətlər qanunaziddir. Əslində bu dini fəaliyyət deyil. Bunu dinlə bağlamaq düzgün deyil. Bizim üzərimizə düşən öhdəliyi bilirik və lazımı tədbirləri görürük".

Azvision.az

Teqlər: Pir   Mübariz-Qurbanlı