Maştağada 1 ton 104 kq narkotikin əkildiyi plantasiya aşkarlanıb - FOTOLAR
V.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Axtarış zamanı V.Əliyevə məxsus istixanalardan əlavə olaraq qurudulmuş formada satış üçün nəzərdə tutulan 5 kiloqram 100 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Azvision.az