Təlimə gələn türkiyəli hərbçilər geri döndü - VİDEO+FOTOLAR

  14 İyun 2019    Oxunub : 1084
 Təlimə gələn türkiyəli hərbçilər geri döndü - VİDEO+FOTOLAR
“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.



Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib. Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.










Azvision.az

Teqlər: MN   Təlim