Avtomobildən 8 kq-dan çox marixuana tapılıb

Avtomobildən 8 kq-dan çox marixuana tapılıb
  14 İyun 2019    Oxunub:1546
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Cabbarzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin və tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Cabbarzadənin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı polis əməkdaşları oradan çəkisi 8 kiloqramdan artıq marixuana da aşkarlayaraq götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti